Avqust Bakıda yaşayan normal bir insandır, lakin bir gün səssizcə fəlakət dünyaya yaxınlaşır. Hər şey birdən və ani olaraq dəyişir; insanlar sirli şəkildə ağaclar tərəfindən ələ keçirilir və ağaclara yaxınlaşan hər kəs bir daha təsirindən çıxa bilmir. Bu hadisə bütün dünyada eyni vaxtda baş verir və insanların böyük qismi 20 gün ərzində ölür. Dünyada enerji istehsalı və digər istehsalat növləri dayanır, insanlar çadırlara təxliyə edilir və bu sirli hadisənin səbəbini araşdırmağa başlayırlar. Araşdırma qrupları “Kəşf“ qrupları adlanır və bu qruplar ağacları uzaqdan müşahidə edərək onların niyə insanları cəlb etdiyini araşdırırlar. Avqust anasının ölümü səbəbindən və həyatda itirəcək bir şeyi qalmadığı üçün kəşf qrupuna qoşulur və orada Nərgizlə tanış olur. Nərgiz onun yeganə ümidi, yeni nəfəsi və yeni həyatı olur. Bütün bu hadisələr nəticəsində Avqust psixoloqla görüşlər keçirir və ayırd edə bilmir ki, bu şizofreniyadır, yoxsa həqiqətən dünyanın sonu yaxınlaşıb. Roman fəlakətdən sonra sağ qalan azsaylı insanlardan biri olan Avqustun mübarizəsini təsvir edir. Avqustun başına gələn hadisələr və yaşadıqları beyninin oyunları kimi görünsə də, həqiqətin nə olduğunu anlamaq getdikcə çətinləşir. O, yaşadıqlarını və düşündüklərini bir dəftərə yazaraq psixoloqu ilə paylaşır, lakin gerçəklik ilə illüziya arasındakı sərhəd getdikcə daha da bulanıqlaşır. Fəlakətdən sonra sağ qalan azsaylı insanlardan biri olan Avqust hər gün bir çıxış yolu axtarır, lakin bu yolda qarşısına çıxan çətinliklər onu hər dəfə daha da sarsıldır. Kitabın və trailerin Müəllif hüquqları Oenva MMC-yə məxsusdur! Rejissor: Whosein (Orxan Hüseynli) Video/edit/montaj: 25filmgroup Biletləri saytından əldə edə bilərsiniz. İticket link ⤵️ İnstagram: ⤵️ Tiktok: oenva ⤵️ @oenva?_t=8oU4ycdcjSK&_r=1 #oenva #oxumaqqazandırır #iticket #yaris #oenvammc #layihə #layihe #oxumaqqazandirir
Hide player controls
Hide resume playing