📜 Xanım Fatimeyi-Zəhranın (s) “Fədək“ xütbəsi 3 Şəhadət verirəm ki, atam Muhəmməd ibn Abdullah Allahın qulu və Rəsuludur. Allah-təala onu elçi olaraq göndərməmişdən əvvəl (qeyb aləmində) seçmiş, onu digərlərindən ayırmamışdan əvvəl ucaltmış və onu peyğəmbər olaraq göndərməmişdən qabaq təmizləmişdir. O zaman yaranmışlar qeybdə gizlin və yox idilər. Böyük Allahın bütün işlərin aqibət və gedişatından xəbəri var idi. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edirdi.
Hide player controls
Hide resume playing