Osmanlı tarixçisi Gelibolulu Mustafa Əli (1541-1600) «bizim atalarımıza çıxanda içindən mütləq murdar bir xristian çıxar, biz başqa müsəlmanlar kimi deyilik, biz rumiyik (romalıyıq).» Videoda danışan Tarix Elmləri Doktoru, Corctaun Universitetinin məzunu Emrah Safa Gürkandır. Gördüyünüz kimi bunu bir osmanlı tarixçisi deyir. Bundan qabaq da osmanlı sakinlərinin dilindən bu xalqın özünə heç vaxt türk demədiyinin, avropalıların onlara türk demələrinə təəccübləndiklərinin və qıcıqlandıqlarının, türk adını təhqir və söyüş kimi qəbul etdiklərinin sübutunu qaynaqla göstərmişdim. Bugünkü Türkiyə əhalisi 1920-ci illərədək türk adlanmırdı, onun elitası belə bu adı oradan-buradan Birinci Dünya Savaşında eşidib öyrənmişdi. Xalq olaraqsa türkiyəlilərin türkləşməsinin tarixçəsi ən yaxşı halda 70 ildir.
Hide player controls
Hide resume playing