Möminin ölüm anı necə olur? | Ayətullah Seyid Mürtəza Əl-Qəzvini #ölüm #axiret #qiyamet Kafi kitabı mötəbər kitablarımızdandır. Həmin kitabda ravi deyir: “İmam Sadiqin (əleyhis-səlamın) evində oturmuşduq. İmam da səhabələrinin arasında əyləşmişdi. Bu zaman bir qoca, həddən artıq qoca, zəif, əsaya söykənən bir kişi İmam Sadiqin (əleyhis-səlamın) evinə daxil oldu və İmama baxı dedi: “Salam olsun sənə ey peyğəmbər balası!” İmam da onun salamını qaytardı. Sonra həmin qoca orada olanlara salam verərək dedi: “Əssələmu aleykum va rahmətullahi va bərəkətuh! (Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun)”. Aleyhumus-səlam. Qoca dedi: “Ey peyğəmbər balası, mən gördüyün kimi, qoca, əldən düşmüş, gözləri yaxş görməyən, əlləri və ayaqları zəifləmiş biriyəm. Lakin mən siz Əhli-beyti sevirəm. Ey peyğəmbər balası!. Bu zaman İmam buyurdu: “Yaxın gəl, gəl”. Qoca dedi: “Yanında oturmaq istəyirəm. Məni yanında oturt”. İmam buyurdu: “Gəl, gəl yanımda otur”. Qoca dedi: “Ey peyğəmbər balası, mən gördüyün kimi ölümüm yaxındır, bilmirəm ki, öləndən sonra məni hara aparacaqlar. Mənim də siz Əhli-beytə sevgidən başqa heç nəyim yoxdur. Sizi sevirəm. Sizdən ayrılmağı bacarmıram. İstəyirəm necə öləcəyimi bilim”. İmam buyurdu: “Peyğəmbər (sallallahu aleyhi va alihi va səlləm) belə buyurmuşdur: “Sənə ölüm anı yetişdikdə Allah Rasulu yanında olacaq. Əmirəl-möminin yanında olacaq. Fatimə yanında olacaq. Hüseyn yanına olacaq. Həsən yanında olacaq. Lüm mələyi də səni Cənnətlə müjdələyəcək və Cənnətdəki yerini görəcəksən. Əmirəl-möminin sənə salam verəcək”. Qoca (ağlayaraq) dedi: “Mənə salam verəcək?” İmam buyurdu: “Bəli!”. Bu zaman qoca göz yaşlarına qərq olub ağlamağa başladı. Bu rəvayəti diqqətlə oxuyun. Sonra qoca ah, ah, ah deyib ağlamağa davam etdi. Hey ağladı. Ravi deyir ki, qocanın ağlaması ilə İmamın evdə əyləşən bütün səhabələri də ağlamağa başladılar. Qoca dedi: “Allaha həmd olsun, mən belə ölümlə öləcəm, imamlarımı görəcəm, Allah da məndən razı olacaq?”. İmam bu ayəni oxudu: “Ya əyyətuhən-nəfsul-mutməinnətu ircii ila rabbiki (ey arxayın olmuş nəfs, Rəbbinə dön) - hansı halda? – raziyətən mərziyyə”. Təkcə sən Ondan razı olan halda deyil, O da səndən razı olan halda. “Fədxuli fi ibadi” – “bəndələrim” kimlərdir? Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir (Muhəmməd və Ali Muhəmmədə salavat söyləyin). “Vadxuli Cənnəti”. Bitdi. Bu bir möminin ölümüdür. ╼► xalil333,islam,şiə,əhli-beyt,müsəlman,ehli-beyt,kerbela,haci sahin,haci shahin,haci ramil,haci ehliman,imam eli,islam dini,mersiye,yeni mersiye,hacı şahin,tovbe zamani,imam huseyn,imam zaman,haci ahliman,haci elemdar,dini sohbet,dini kino,dini film,dini video,imam,imam əli,Möminin ölüm anı necə olar?,mominin olumu nece olar,ölüm,axirət,qəbr əzabı,qebr ezabi,cennet,cehennem,qiyamet,can verme,muselman olumu,qebr sorgu sual,olum ani,ölüm anı
Hide player controls
Hide resume playing