Ukraynada müharibə başlayandan 651 bina dağıdılıb - BAKU TV Rusiya bu müharibəyə guya Ukrayna xalqını müdafiə etmək donu geyindirməyə çalışır. Bu “müdafiə”nin əslində nə olduğunu məndən yaxşı bilirsiniz. Üç həftəlik eskalasiyada yüzlərlə insan həlak olub. Ruslar indi Mariupolu darmadağın edir. Volnovaxa və bəzi başqa şəhərlər artıq yer üzündən silinib. Yəqin ki, Rusiya Ordusunun planlarının puç olduğunu görürsünüz. Ukrayna hərbçiləri artıq 15 mindən çox rus əsgərini məhv edib. Rusiya bu müharibədə məğlub olacaq və ölkədə xaos yaranacaq. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook” səhifəsində yazıb. O, həmçinin Rusiya əsgərlərinə müraciət edərək onları təslim olmağa və mübarizəni dayandırmağa çağırıb. Vurğulayıb ki, təslim olan rus hərbçilərinin təhlükəsizliyinə təminat verilir. Qeyd edək ki, Ukraynada müharibə başlayandan 3780 yaşayış binasına ziyan dəyib, 651-i isə tamamilə dağıdılıb. Ölkənin Fövqəladə Hallar Xidmətinin rəsmisi Roman Primuş bildirib ki, bu statistika işğal altında ola
Hide player controls
Hide resume playing