Myvideo

Guest

Login

Goranboyda gcl ya fsadlara sbb olub

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Goranboyda yağan yağış güclü selə səbəb olub. APA TV xəbər verir ki, hadisə rayonun Boluslu kəndi ərazisində qeydə alınıb. Günün ikinci yarısında güclənən yağış çətinlik yaradıb. Sel suları kənd ərazisində inşa edilən, Bakı-Qazax avtomagistralı üzərindəki körpünün ətrafından keçən yola dolub. Dayanacağa, səkiyə qalxan su, lil qatı piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Bəzi sürücülər isə avtomobilini kənarda saxlayıb müxtəlif vasitələrlə körpünün ətrafına dolan suyun azaldılmasına çalışıb. Tərtər, Naftalan şəhərlərindən gələn sürücülər sözügedən körpüyə qalxmaqla Gəncə-Qazax-Gürcüstan istiqamətinə, körpüyə qalxmadan isə Yevlax, Mingəçevir, Bakıya hərəkət edə bilirlər. Goranboy sakinləri bildirir ki, aramsız yağan yağışdan sonra körpünün ətrafı belə vəziyyətə düşür. Körpünün hər iki tərəfinə dolan su, yağış gücləndikcə daha da artır. Aidiyyəti qurumlar isə mövcud problemin həll edilməsi üçün hələ ki, addımlar atmağa tələsmir. ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later