“Sarı gəlin”i dinləyən hər bir azərbaycanlı üçün bu mahnı bir başqa doğmadır. Nakam eşq hekayəsi haqqında olan Azərbaycan türklərinin qədim və əsrarəngiz xalq mahnısı olan “Sarı gəlin” axıcılığı, sadəliyi, ürəyəyatımlılığı ilə qəlbləri fəth edir... Elə mahnılar var ki, kəpənək kimi bir günlük ömrü var, amma elə mahnılar da var ki illər, əsrlər onu yaddaşlardan silə bilmir. “Sarı gəlin” də belələrindəndir...Əbədi yaddaşımızdı... Və bu tarixi musiqimizin illərlə həsrətində olduğumuz Şuşada səslənməsi bir başqa zövq verir insana. “Fire Land Production” təşkilatçılığı və Şuşa Şəhəri Dövlət Qoruğunun dəstəyi ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində Şuşada Cıdır düzündə, İsa bulağında xalq artisti, dəyərli sənətkarımız Təranə Muradova uzun illərdən sonra rəqs etdi. Sevinc göz yaşlarını saxlaya bilməyən dəyərli sənətkarımız məhz “Sarı gəlin” mahnısının sədaları altında Cıdır düzündə qol götürüb quş kimi süzdü. Cıdır düzündə, İsa bulağında Təranə Muradovanın bu rəqsi insanı
Hide player controls
Hide resume playing