Paşinyan parlamentdə Azərbaycanla əlaqəsindən danışdı - Baku TV Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deputat Anna Mkrtçyanın onun haqqında “Azərbaycan rəhbərliyi ilə operativ əlaqələri var” iddiasına cavab verib. Paşinyan ittihamı rədd edərək bu əlaqənin “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanesyan tərəfindən ortalığa atıldığını bildirir. Paşinyan İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətində rolunun olub-olmaması haqqında da danışıb. Baş nazir bu mövzu ətrafında dəfələrlə danışdığını və hər şeydə günahkar özünün olduğunu deyib. Daha sonra Litvada erməni diasporu ilə görüşdə səsləndirdiyi Şuşa haqda fikrini bir daha təkrarlayıb. Erməni müxalifətçilərinin etirazlarına cavab olaraq Paşinyan təkidlə bu fikirləri irəli sürüb: “Şuşa Ermənistanın nəzarətində olanda bədbəxt və tutqun bir şəhər idi. Nə qədər sərmayə qoyulmuşdu? Gəlin hesablayaq, Şuşaya nə qədər sərmayə qoyulub, Baden-Badenə nə qədər? Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa etməyək? Bu suallarla n
Hide player controls
Hide resume playing