İlham Əliyev Zəfər parkında | Prezident xatirə daşının önünə gül dəstəsi qoydu Sentyabrın 27-də – Anım Günündə Prezident İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub. Dövlət başçısı parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyub. Qeyd edək ki, şanlı zəfərimiz və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə sona çatan Vətən müharibəsinin başlamasından dörd il ötür. Xalqımız Vətən uğrunda canından keçən şəhidlərin ruhunu ehtiramla yad edir. Bakıda inşası davam etdirilən Zəfər parkı həm də bu ehtiramın təcəssümüdür. İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla inşası davam etdirilən layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ İlham Əliyev Zəfər parkında | Prezident xatirə daşının önünə gül dəstəsi qoydu 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #ilhaməliyev #zəfərparkı #prezident #xatirədaşı #şəhid #27sentyabr #vətənmüharibəsi #anımgünü #27sentyabranımgünü #animgunu #27sentyabranimgunu #qarabağ #şuşa #xankəndi #xocalı #xocavənd #füzuli #qarabağmüharibəsi
Hide player controls
Hide resume playing