Bu videoda danışan adam tanınmış yәhudi politoloq Yakov Kedmidir. Onun haqqında internetdә kifayәt qәdәr mәlumat var. Mәn bir neçә detalı qeyd edim. O, peşәkar kәşfiyyatçıdır. 1969-cu ildәn İsrailin “Nativ“ xüsusi xidmәt orqanınında işlәmiş, 1992 - 1999-cu illәrdә isә “Nativ“- in rәhbәri olmuşdur. Netanyahu hökumәtindә İranla bağlı yaradılmış xüsusi komitәnin aparıcı üzvü kimi tanınır. Keçәn әsrin 80 - 90 - cı illәrindә İsrail dövlәtinin siyasi kursunu tәyin edәn әsas şәxslәrdәn biri sayılır. Hazırda hәrbi - siyasi konfliktlәr vә beynәlxalq siyasәt üzrә tanınmış ekspert hesab olunur. Onun İsrail dövlәti haqqında mәşhur proqnozu çoxlarına bәllidir: “50 ildәn sonra İsrail dövlәti mövcud olmayacaq!“. Bu videoda İran haqqında dediklәri dә çox әhәmәyyәtlidir. “İranda türklәr istismar olunur“ deyib yaxasını cıranlar axıra qәdәr baxsınlar, türklәr haqqında fikirlәri dә diqqәtә layiqdir...
Hide player controls
Hide resume playing