Firəngiz Rəhimbəyova - “Bu sevgi“ (mus: Eldar Mansurov, söz: Vahid Əziz), 1990-cı ilin çəkilişi. Ud-da Ələsgər Abbasov çalır. “Bu sevgi“ Aramızda nə qalır ki? Bir keçilməz dərya var. Yadımızda nə qalır ki? Bir yozulmaz röya var… Səni məndən kim alar ki? Qismətimə kim qalar ki? Mənim olsan, nə olar ki?! Dağılmaz ki bu dünya!.. Nəqərat: Bilməz idim, sinəmdəsən, Bu kimsəsiz aləmdəsən. Qarşılaşsaq mənimlə sən, Dağılmaz ki bu dünya!.. Bu çalınan nə kamandır, Ürəyimin telləri? Görüşmürük nə zamandır, Saymaq olmur illəri! ALL RIGHT RESERVED ! BÜTÜN HÜQUQLAR QORUNUR! ВСЕ ПРАВА ЗАЩИЩЕНЫ ! Copyright © Eldar Mansurov
Hide player controls
Hide resume playing