Ermənistanda böyük çoxluq uydurduğu yalana inanmaq xəstəliyi olan mitomaniyaya çoxdan düçar olub. 100 ildən çoxdur özlərini olmayan hadisələrə inadıran ermənilər türkləri özlərinə ən böyük təhlükə hesab edir. Bizə olan nifrətlərini içlərində o qədər böyüdüblər ki, azərbaycanlıların Novruz bayramı təamlarına erməni qanı qatdığına inanıb hiddətlənir, Türkiyədə baş verən zəlzələyə sevinir, Azərbaycan və Türkiyə bayraqlarını yandırır və bütün bunlardan zövq alırlar. Belə bir cəmiyyəti idarə etməyin çətinliyini Paşinyan özü də anlayır. Etiraf da edir ki, onu vətən xaini çıxarmasınlar deyə bu yaxınlarda İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçuların şərəfinə “Nemezis” abidəsinin qoyulmasına razılıq verib. Öz cəmiyyətini razı salan Paşinyan Türkiyənin narazı qalacağını da gözə alıb. Amma rəsmi Ankaranın reaksiyasının bu qədər sərt olacağını yəqin ki, düşünməyib. Türkiyə öz hava məkanını Ermənistan üçün bağlayıb, hətta Paşinyanın təyyarəsi üçün də. Yəni Ermənistan aşına nə tökübsə, qaşığına da o çıxıb. Bir müddət əvvəl Türkiyə ilə quru sərhədlərinin açılmasına sevinən ermənilər ayaqlarını yerə bassa da, əl-qolları havada qalıb. #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news #kefşet
Hide player controls
Hide resume playing