Arayikin müharibə ilə bağlı etirafları - BAKU TV Aktual xəbərlərimiz Törətdiyi cinayət əməllərini etiraf edən terrorçu Arayik Harutyunyan hələ də azadlıqdadır. Çünki qanunların aliliyi tezisini əllərində bayraq edən böyük güclərin ədalət dediyi məfhum məqsədlərinə gedən yolun başlanğıcında bitir. Eynilə Qərbin kuklası olan ermənilərin Cənubi Qafqazda illərdir, həyata keçirdiyi terrorçuluq siyasəti kimi. Məhz elə buna arxalanaraq, İkinci Qarabağ müharibəsində məğlubedilməz hesab etdikləri orduları darmadağın olunandan sonra qanlı siyasətə keçdilər. Döyüş əməliyyatlarının getdiyi yerdən 60 kilometr aralıda yerləşən Gəncəni ağır artilleriya atəşinə tutdular. Aralarında körpələr və qadınlar da olmaqla, 27 nəfəri qanına qəltan etdilər. 125 nəfər isə ağır yaralandı. Hadisə şahidi Gülçin Ağayeva 17 oktyabr 2020-ci ildə 4 ailə üzvü ilə birlikdə ağır yaralı halda dağıntılar altından çıxarılıb. Babası isə həmin gecə həlak olub. “Bizi xəstəxanaya aparanda hələ babamın şəhid olduğunu bilmirdik. Xəstəxandan evə buraxılanda öyrəndik ki, babam həlak olub”, - deyə o qeyd edib. Bütün cinayətlərin məsuliyyətini Qarabağda yuva salan terroçu xunta rejimi üzərinə götürsə də, separaçıların silah dəstəkçisi olan qüvvələr də ən azı onlar qədər cinayət məsuliyyəti daşıyır. Törədilən müharibə cinayətləri ilə bağlı bir çox dövlətlər, BMT, Avropa İttifaqı kimi təşkilatlar fikir bildirsə də, indiyədək cinayətkarların cəzalndırılması üçün praktiki heç bir addım atılmayıb. Cinayət əməllərinin geniş miqyaslı olması üçün xüsusilə gecə yarısını seçən terrorçu hakimiyyət öz qanlı əməlinə don geyindirmək üçün bildirdi ki, guya hədəfləri mülki insanlar yox, hərbi təyinatlı binalar olub. Halbuki, ümumiyyətlə həmin ərazidə hərbi infrastruktur olmayıb. Qəsdən yaşayış binaları, fərdi evlər hədəf alınmışdı, hansı ki, onlardan biri də Azərbaycanın illərdir, qucaq açdığı, vətəndaşlıq verdiyi erməni əsilli Karina Qriqoryana məxsus idi. O cümlədən qətlə yetirilənlərdən biri anası erməni olan 13 yaşlı Mayakov Artur Vladimiroviç idi ki, Gəncəyə bibisigilə qonaq gəlmişdi. Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan bu cinayət faktlarını beynəlxalq təşkilatların və hüquq subyektlərinin diqqətinə çatdırsa da, indiyə qədər onlardan məsələyə adekvat reaksiya verilməyib. Siyasətdə olduğu kimi, beynəlxalq hüququn tətbiqində də ikili standartlar var. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Arayikin müharibə ilə bağlı etirafları © 2022 © All Rights Reserved ℗ Baku TV #arayik #muharibe #etiraf #gence
Hide player controls
Hide resume playing