Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması bir çox problemlərin həllinə nail olacaq. Çünki bu yolla ölkə ərazisinə giriş-çıxış dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da xüsusilə Xankəndidə yuva salan separatçı ünsürlərin zərərsizləşdirilməsi baxımından mühüm addım deməkdir. Belə olan halda isə Xankəndidən heç bir yerə qaçmaq imkanı olmayan quldurbaşı Arayik Arutyunyanın Qarabağda və ya Ermənistana keçmək istəyərkən həbs olunması daha tez reallaşa bilər. Rəsmi Bakı separatçıların rəhbərini əbəs yerə beynəlxalq axtarışa verməyib. Ələlxüsus da Vətən müharibəsi dövründə yol verdiyi cinayət əməllərinə görə Arayik Arutyunyan və onun əlaltıları gec-tez cavab verəcək. Odur ki, ın tezliklə həbs edilməsi istisna deyil. Azərbaycan Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla terrorçu ünsürləri zərərsizləşdirmək üçün ilk addımı atıb. Üstəlik, Arayik beynəlxalq axtarışa verildiyi üçün başqa yerə qaçsa belə, onun ekstradisiyası həyata keçiriləcək. Çünki Azərbaycanın bəzi ölkələrlə bu sahədə beynəlxalq müqaviləsi var. Bu isə hər şeydən əvvəl Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm amillərdən biri olacaq. Abunə ol: Arutyunyan Xankəndidən çıxa bilməyəcək ***** ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC Arutyunyan Xankəndidən çıxa bilməyəcək ***** #arutyunyan #xankendi #hebs #arutyunyan #qarabag #xankendi #hebs Arutyunyan Xankəndidən çıxa bilməyəcək
Hide player controls
Hide resume playing