Paşinyan bu dəfə də nala-mıxa vurdu. Gah Azərbaycanla tez bir vaxtda sülh sazişinin imzalanmasından danışdı, gah Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanətdən. Hələ onun Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmadığını deməsi lap gülməli idi. Soruşan olmadı ki, elə isə Ermənistan niyə Azərbaycan torpaqlarını 30 il işğalda saxlayırdı? Həftə ərzində Qarabağda xidmət aparan Rusiya sülhməramlıları da Ermənistanın gündəmi idi. Erməni deputatların Xankəndinə buraxılmaması bu ölkədə xeyli səs-küy yaratdı. Bu ölkədə baş verən son proseslər növbəti süjetimizdə. #İTV #İTVXəbərYekun #ictimaitv #video #televiziya #baku #videolar #itv
Hide player controls
Hide resume playing