Ağdağ yüksəkliyi düşmənin fəaliyyətini məhdudlaşdırmağa imkan verir - Baku TV Zəngilan ərazisinə aid olan və Qafan şəhərinə yaxın ərazidə yerləşən Ağdağ yüksəkliyinin ordumuz tərəfindən nəzarətə götürülməsi, ermənilərin yaşadığı bir neçə kəndə gedən yolun bir hissəsinin Azərbaycan ərazisində qalması ilə nəticələnib. Bununla yanaşı, Azərbaycan Ordusunun Ağdağ yüksəkliyindəki mövqeləri, adıçəkilən kəndlər də daxil olmaqla, ümumilikdə 6 erməni yaşayış məntəqəsinə vizual nəzarəti təmin edib. Ekspertlər hesab edirlər ki, sözügedən yüksəkliyin Azərbaycanın nəzarətinə keçməsi bir sıra perspektivlər vəd edir. Qeyd edək ki, Ağdağ zirvəsi suveren Azərbaycan ərazisində yerləşir və ordumuzun tam nəzarəti altındadır. Yüksəklik Ermənistanın Qafan və Əkərək şəhərlərini, həmçinin 10-dan çox kəndi müşahidə altında saxlamağa imkan verir. Bu da o deməkdir ki, müharibənin başa çatmasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində hər gün
Hide player controls
Hide resume playing