Myvideo

Guest

Login

rann bitmk bilmyn Azrbaycan nifrti

Uploaded By: Myvideo
4 views
0
0 votes
0

Vətən müharibəsindəki qələbəmizi hələ də həzm edə bilməyən İran vaxtaşırı ölkəmizə qarşı təhdidlər yağdırmaqda davam edir. İran regionda Azərbaycan kimi geostrateji gücün mövcudluğu ilə barışa bilmir. Ermənistan yarıtmaz siyasəti nəticəsində özünü blokadada saxlamaqda davam edir. Bu çətin vəziyyəti görən erməni rəsmi dairələri çıxış yolu axtarmağa çalışırlar. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan avtomobil yollarının qış aylarında və çətin hava şəraitində keçilməzliyindən danışaraq kommunikasiya xətlərinin açılmasına eyham vurub. İran isə hər vəchlə ilk gündən bu dəhliz məsələsinə qarşıdır. Hətta İranın Ermənistandakı səfiri Abbas Bədəxşan bu yaxınlarda “İran və Ermənistan belə bir dəhlizin yaranmasına imkan verməyəcək” deməklə Tehran rejiminin əsl iç üzünü göstərmiş oldu. Səfir daha da irəli gedərək Ermənistanın yerinə çıxış edir: “Biz qarşı tərəfdən təşəbbüsün irəli sürülməsinə icazə verməməliyik. Əksinə, biz özümüz təşəbbüs göstərməliyik”. İş o yerə çatıb ki, Qərbi daim “şeytan yuvası” adlandıran İran Ermənistandakı mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən Fransanın qarışıq məqsədli nümayəndələrini belə görməzlikdən gəlir. İranın Azərbaycana qarşı olan nifrəti o qədər böyükdür ki, hətta öz vətəndaşları hesab olunan Cənubi Azərbaycanlı soydaşlarımızı incitməkdən belə çəkinmirlər. Cənubi Azərbaycanın Xoy şəhərində bir həftə ərzində ardıcıl iki dəfə baş verən 6 maqnitudalıq güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq həmrəyliyə Tehran rejimi icazə vermədi. Türkiyə və Azərbaycanın uyğun qurumlarının bu məqsədlə uzatdıqları yardım əlini İran geri çevirdi, sonra da utanmadan bu yardım müraciətlərini inkar etdi. Rejim Cənubi Azərbaycanın başqa şəhər və rayonlarından, etnik ərəblərin üstünlük təşkil etdiyi Xuzistandan könüllülərin yardımlarının Xoya çatdırılmasını da əngəllədi. Hətta, bu işi təşkil edən 3 ərəb də həbs edildi. Ancaq təbii fəlakətdən 11 gün sonra Rusiyanın Xoya göndərdiyi 35 tonluq humanitar yardımı qəbul etdi. Bununla da kifayətlənməyən Tehran hakimiyyəti Azərbaycan və Türkiyəyə qıcıq verib, yerli əhalinin heyssiyyatı ilə oynayaraq Xoyda zəlzələdən zərərçəkənlər üçün Ermənistandan göndərilən yardımı qəbul etdi. Əslində Tehran rejimi əzəli və əbədi kabusu olan Cənubi Azərbaycan qorxusuna görə müsəlman həmrəyliyi prinsipindən çıxaraq erməni bacılarının yanındadır. Bu qorxunun reallaşmaması üçün hər cür qeyri-insani yollardan çəkinməyən İran ölkəmizdə qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atır, din pərdəsi adı altında casus şəbəkəsi formalaşdırmağa çalışır. Təbii ki, İranın bu şəbəkəsi izlənilir, son dövrlər dini qruplar adı altında fəaliyyət göstərən, əslində isə İrana xidmət edən bir çox qrup ifşa olunub, məsuliyyətə cəlb olunub. Bu sahədə işlər yenə də davam etdirilir. İran bu kimi yollarla istədiyinə heç vaxt nail ola bilməyəcək. Azərbaycanı daxildən qarışdırmağa çalışmaqdansa, yaxşı olar ki İran öz daxilindəki soydaşlarımızın hüquqlarını təmin etməklə məşğul olsun. Yoxsa ki, İranın daim qorxduğu amil reallığa çevriləcək. 30 milyondan çox soydaşımızın da səbrinin bir həddi var.

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later