Myvideo

Guest

Login

Painyan Rusiyadan n istyir - BAKU TV

Uploaded By: Myvideo
5 views
0
0 votes
0

Paşinyan Rusiyadan nə istəyir? - BAKU TV Sosial şəbəkələrimiz Dekabrın 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında Rusiyanı bacarıqsızlıqda ittiham edib və Laçın yolu ilə bağlı xəritə istəyib. Paşinyan Rusiyanın Qarabağdakı müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini Laçın yolu boyu vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb. “Bu, Ermənistan və Qarabağdakı erməni cəmiyyətinin Rusiyadan cavab gözlədiyi sualdır. Sizə xatırlatmaq istəyirəm ki, Rusiya, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür“, - deyən Paşinyanın sözlərinə görə, Qarabağdakı ermənilərin qarşısında konkret öhdəliklər götürən Rusiya vəziyyəti necə dəyərləndirdiyini, yol boyu hərəkətin bərpası üçün hansı planların və yol xəritəsinin olduğunu izah etməlidir. Xatırladaq ki, dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putinlə Paşinyanın ikitərəfli görüşü kiçirilib və Ermənistanın Baş naziri çıxışı zamanı rəsmi Moskvadan Laçın yolu ilə bağlı addım atılmasını istə də, Putin sadəcə iki ölkə arasında mövcud olan iqtisadiyyat əlaqələrindən danışıb. Paşinyan Rusiyadan nə istəyir? © 2022 © All Rights Reserved ℗ Baku TV #lacinyolu #rusiya #pasinyan

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later