Ermənistanda Rusiya əleyhinə mitinq - BAKU TV () Sosial şəbəkələrimiz Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma baş verib, 100-dən çox nümayişçi saxlanılıb. Məlumata görə, etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - deyə “Milli Demokratik Qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib. Aksiya zamanı “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndirilib. Ermənistanda Rusiya əleyhinə mitinq © 2022 © All Rights Reserved ℗ Baku TV #ermenistan #rusiya #mitinq
Hide player controls
Hide resume playing