Myvideo

Guest

Login

Frman Krim - eir

Uploaded By: Myvideo
4 views
0
0 votes
0

Bu günün əzabısan, dünənin səvabısan Peşmançılığ hissinin içimdə cavabısan Oxunmayan rəflərin tozlanan kitabısan Nə tozunu silərəm,nə də ki oxuyaram Sözlərin sənə qalsın, çox sağ ol minnətdaram Sənə dönən deyiləm dənizdə gül bitirsən, Quş südünün yanında avqustda qar gətirsən Yaddaşımı da silsən, keçmişi də itirsən Nə sənə sarılaram nə girərəm qoluna Axı nəzir vermişəm,çıxmıyacam yoluna Nə sən o əvvəlki sən, nə mən o mən deyiləm Səninlə nə danışıb nə də dinən deyiləm Özümə yüksəlmişəm, sənə enən deyiləm Şərait yaradaram? Mənə doğru çıxasan? Nərdivanın birinci pilləsindən qısasan İnancıma, dinimə, əqidəmə qarşısan Dekabrın qarı mən, aprelin yağışısan Nə vaxtdı yoxdu xəbər, ümidvaram yaxşısan. Ciddiyə alma məni, nə var, nə yox edirəm, Bəlkə bu azdır sənə, bəlkə də çox edirəm... Sənə qəzəl yazılmaz, sən hecalıq şeirsən Heca-heca bölünüb, tələffüzdə bitirsən Saçlarını yolursan, üz-gözünü didirsən İşinə bax bunların, faydası yoxdur daha Gözünün gözlərimdə aynası yoxdur daha Fərman Kərim ✒️ #şeir #ədəbiyyat

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later