Xankəndidə yaşayan erməni: Biz sona qədər burada yaşayacağıq Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Xankəndidə qalan erməniləri, əhalinin ən həssas təbəqələrini, o cümlədən gedə bilməyən qocaları, xəstələri və əlilləri Ermənistana göndərmək üçün qapı-qapı gəzirlər. Ən ucqar kəndlərə belə gedən əməkdaşlar əllərində meqafonla insanları səsləyir, çölə çıxmalarını xahiş edib, ünsiyyət qurmağa çalışırlar. Xankəndidə qalmağı seçən Qarabağ erməniləri Ermənistana getmək istəmədiklərini deyirlər. Bəziləri hətta Komitənin xidmətlərindən belə imtina ediblər. “Telefon yoxdur, kənddə işıq yoxdur. Nə baş verdiyini bilmirəm. Qohumlarım buradan gedəndə mənə dedilər ki, sən də gəl, amma getmədim. Yəqin ki, onlar artıq Ermənistandadırlar. Mən isə yaşlı atamla birlikdə burada qalmışam. İstəmirəm ki, atam başqa bir ölkədə ölsün. Çünki mənim anamın qəbri buradadır. İndi mən atama desəm ki, gəl gedək Ermənistana, qorxuram ki, yolda vəfat edər. Yaşı çoxdur, gücü isə az. O, hər zaman ümid edir ki, Xankəndidə həyat yenidən əvvəlki kimi olacaq. Biz sona qədər burada yaşayacağıq”, – Qarabağın erməniəsilli sakini deyib. Bizi WhatsApp-da izləyin Xankəndidə yaşayan erməni: Biz sona qədər burada yaşayacağıq 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #BQXK #Xankəndi #İrəvan #Ermənistan #BeynəlxalqQızılXaçKomitəsi #Qarabağerməniləri #erməni #xəstə #əlil #ucqarkənd #kömək #yardım #bakutv #bakutvxəbər #bakutvxəbərlər #bakutvcanlı #bakutvlive #canlıbakutv #bakutvxeberler #bakutvcanlıyayım #bakutvxeber #бакутв #украина #россия #aрмения #азербайджан #новости #news
Hide player controls
Hide resume playing