“ Bayraktar “ Azərbaycana nə qazandırır ? - BAKU TV Aktual xəbərlərimiz Tarixdə ilk dəfə döyüş təyyarələrindən 1911-12-ci illərdə Osmanlı İmperiyası ilə İtaliya arasında, indiki Liviya ərazisindəki müharibədə istifadə olunub. Ancaq əminliklə demək olar ki, 20-ci əsrin sonlarına qədər hava hakimiyyəti döyüşlərdə həlledici rol oynamayıb. Bunun bir neçə səbəbi olsa da, əsas məsələ texnoloji inkişafın istənilən səviyyədə olmaması idi. 1991-ci ilin 16-17 yanvar tarixlərində ABŞ, İraqın Küveyti işğalına qarşı, çöl fırtınası adlandırılan hava hərəkatını başlatdı. Bu, dünya hərb tarixində hava hakimiyyətinin müharibənin taleyini həll etdiyi ilk nümunə hesab oluna bilər. Lakin unutmaq olmaz ki, ABŞ Ordusu bu hərəkatı F-15 və F-16 təyyarələri ilə reallaşdırmışdı. Sonradan daha təkmil təyyarələr isteh
Hide player controls
Hide resume playing