Ziyad Novruzoğlu - Ay ellər (Dodaqdəyməz) Sazda ifa - Qasımov İsmixan ----------------- AY ELLƏR (Dodaqdəyməz) Çıxanda seyrinə qarlı dağların, Dil açar kiriyən dillər, ay ellər. Aşıq sinəsinə sıxanda sazı, Zilə qalxar incə tellər, ay ellər. Yaz çiçəklər dərələri naxışlar, Şəlalədə nağıllaşar axışlar Dəryaya qarışar yağan yağışlar, Leysandan yaranar sellər, ay ellər. Darıxanda xəyallar qanadlanar, Xatirələr yaddaşlarda canlanar. Ziyad yad ellərdə alışar, yanar, Sənin həsrətindən ellər, ay ellər. ------- 1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, v
Hide player controls
Hide resume playing