Şövkət Ələkbərovanın “İfalar, Vol.3” albomundan İslam Rzayev ilə birgə ifa etdiyi “Oxu, Tar“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Ramiz Mirişli Söz: Mikayıl Müşfiq Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Nəqərat: Şövkət Ələkbərova] Oxu, tar, oxu, tar Səsindən ən lətif şeirlər dinləyim Oxu, tar, bir qədər Nəğməni su kimi alışan ruhuma çiləyim Ey geniş kütlənin şirini, şərbəti Alovlu sənəti Ey geniş kütlənin şirini, şərbəti Alovlu sənəti [Bənd 1: İslam Rzayev] Zilin var, vəsətin, bəmin var Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var Zilin var, vəsətin, bəmin var Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var Səni də avara eyləmiş Dağınıq telli bir zərəfşan Onunçün segahın danışır Pərişan, pərişan O sarı simlərin lisanı Salmazmı heyrətə insanı? O sarı simlərin lisanı Salmazmı heyrətə insanı? [Nəqərat: Şövkət Ələkbərova] Oxu, tar, oxu, tar Səsindən ən lətif şeirlər dinləyim Oxu, tar, bir qədər Nəğməni su kimi alışan ruhuma çiləyim Oxu, tar Səni kim unudar? Ey geniş kütlənin şirini, şərbəti Alovlu sənəti Ey geniş kütlənin şirini, şərbəti Alovlu sənəti Şövkət Ələkbərova tərəfindən İslam Rzayevin iştirakı ilə ifa olunan “Oxu, Tar” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #OxuTar #mikpro
Hide player controls
Hide resume playing