Ermənipərəst jurnalistin kitabı bağlandı - BAKU TV Aktual xəbərlərimiz “YouTube” şəbəkəsi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun “WarGonzo” səhifəsini bağlayıb. İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra ermənipərəst mövqe nümayiş etdirən Semyon Peqovun “WarGonzo” kanalını “YouTube” şəbəkəsi tamamilə sildiyini açıqlayıb. Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən şəbəkənin qaydalarını pozması olub. Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Gabrelyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub. Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ermənipərəst jurnalistin kitabı bağlandı #bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Hide player controls
Hide resume playing