İmam Hüseynin (ə) Mina xütbəsi - Dinini satan “alimlərə“ Bismillahir - Rahmənir - Rahim İmam Hüseyn (ə) “Mina xütbəsi”ni Müaviyənin ölümündən iki il əvvəl, h.q. təqvimi ilə 58-ci ildə İslam dininin tanınmış və nüfuzlu insanlarının, alimlərinin qarşısında edib. Bu xütbə ilk növbədə orada hazır olan, xalq arasında ibadəti və təqvası ilə tanınan, din alimləri kimi məşhur olan, Həcc mərasimində iştirak edəcək 200 nəfər səhabəyə və onlardan əlavə 800 nəfər tabeinə, ikinci növbədə isə müxtəlif dövrlərdə yaşayan bütün İslam alimlərinə ünvanlanıb. Bu xütbə mövzu olaraq iki hissədən ibarətdir və ilk hissədə zamanın zalım hökumətini tanıtdırmaqla yanaşı, hakimiyyətə həqiqi ləyaqəti olan Əhli- Beyti (ə) tanıtdırır. Oxuyacağınız ikinci əsas hissədə isə bu günün özündə də əhəmiyyətinə varılmayan pis işlərdən çəkindirmək və yaxşı işlərə dəvət məsələsini açıqlayır, ardınca isə bütün bu problemlərin, fəsadların əsl kökünü açıqlayaraq din alimlərinə müraciət edir və onları danlayır. Xütbənin birinci hiss
Hide player controls
Hide resume playing