Myvideo

Guest

Login

Azrbaycann Ermnistana verdiyi vaxt bitir

Uploaded By: Myvideo
6 views
0
0 votes
0

Azərbaycanın Ermənistana verdiyi vaxt bitir – ilin sonuna kimi sülh sazişini imzalamaq lazımdır, özü də Bakının şərtləri ilə. Bu həftə də proseslər diqqət mərkəzində oldu. Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə Qarabağda qanunsuz erməni silahlıların qalması, minaların daşınması, təbii sərvətlərin qanunsuz istismarına və xüsusilə sülh sazişi ilə bağlı məsələyə toxunuldu. Diplomatlar sülhün məhz “Azərbaycan variantı” üzərində müzakirə apardılar. Yəni Rusiya da tədricən rəsmi Bakının mövqeyi ilə barışır. Digər vasitəçilərin, eyni zamanda, böyük, eləcə də regional güclərin məsələyə yanaşması da proseslərə az təsir etmir. Son davranışları ilə məqsədini açıq şəkildə bəlli edən Fransa indi də istəyir ki, Ermənistanda olan Avropa İttifaqının müşahidə missiyasının mandatının vaxtı artırılsın. Fransanın uzunmüddətli məqsədi isə onu daimi missiyaya çevirməkdir. İran isə ermənipərəst mövqeyini davam etdirir. Məlumatlara əsasən, Tehran ötən ay Ermənistana 500 ədəd “Dehləviyə” tank əleyhinə raket kompleksi və 100 ədəd “Almaz” tank əleyhinə idarə olunan raket hədiyyə edib. ABŞ da məsələnin həlli üçün sülh sazişinin Azərbaycanın şərtləri ilə imzalanmasını dəstəkləyir. Məqsədi həm də Rusiyanı bölgədən sıxışdırıb çıxartmaqdır. Ermənistan sülh istəsə də, istəməsə də, Qarabağ münaqişəsi tarixə qovuşduğu kimi, postmünaqişə dövrünün məsələləri də Azərbaycanın istədiyi kimi həll ediləcək. #azərbaycan #bakı #qarabağ #sülhsazişi #xankəndi #rusiya #moskva #müharibə #sülh #ermənistan #fransa #makron #paşinyan #putin #ictimaitv #video #televiziya #baku #videolar #itv #azərbaycan #qarabağ #xankəndi #rusiya #moskva #sülhməramlılar #rusiyasülhməramlıları #kreml #volkov #vardanyan #iran #tehran #diversantlar #müharibə #sülh #ermənistan

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later