Myvideo

Guest

Login

Mstqilliyimizin milli yksli, rifah v trqqi dvr

Uploaded By: Myvideo
3 views
0
0 votes
0

Azərbaycan müstəqillik dövründə fərqli etaplardan, sınaqlardan, eniş və yoxuşlardan keçib. Müstəqilliyimizin 2003-2024-cü illər dövrü isə tam əsasla milli yüksəliş, rifah və tərəqqi dövrü sayıla bilər. Bu 21 il ərzində Azərbaycan dövlətinin müasir siması tam formalaşdı, dünya ölkələri arasında yeri və rolu aydınlaşdı, milli institutları təşəkkül tapdı. Bu tərəqqi, dövlətçilik intibahı özünü müxtəlif sahələrdə, o cümlədən xarici siyasətdə aydın, qabarıq şəkildə göstərdi. Azərbaycan 2003-2024-cü illər ərzində apardığı uzaqgörən müdirik siyasət, dünya güclərinə və onların maraqlarına balanslı yanaşma sayəsində imicini ciddi şəkildə qoruyub saxlamağı bacardı. Rəsmi Bakı Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət konturları əsasında öz milli maraqlarına və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət yürütdü. Bu siyasətin mahiyyətini, əsas özülünü isə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, Ermənistanın təcavüzkar siyasətinin ifşası və onun işğalçı əməllərinə son qoyulması təşkil edirdi. Artıq tarixin arxivinə yollanmış münaqişə ilə bağlı rəsmi Bakı BMT, ATƏT və s. beynəlxalq təşkilatlar çərçivəsində öz ədalətli mövqeyinə uyğun qətnamə və qərarların qəbul edilməsinə, Ermənistanın təcavüzkar ölkə imicinin formalaşdırılmasına və Azərbaycanın legitim addımları üçün beynəlxalq hüquqi bazanın yaradılmasına nail oldu. Bu kontekstdə, xüsusən, BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin xüsusi önəmi var idi. Təəssüf ki, beynəlxalq hüququn əsas normalarını, o cümlədən ölkələrin ərazi bütövlüyü kimi ana prinsiplərindən birini kobudcasına tapdalayan Ermənistan ötən 30 ildə BMT qətnamələrini heçə sayaraq, Azərbaycan tərəfinin sülh təkliflərini qəbul etməyərək, öz xarici himayədarlarının dəstəyinə arxalandı. Amma Prezident İlham Əliyevin illərlə zərgər dəqiqliyi ilə qurduğu xarici siyasət arxitekturası sayəsində rəsmi İrəvan istər iqtisadi, istər siyasi, istərsə də hərbi izolyasiya olundu. Bu isə 2020-ci ildə Azərbaycanın öz qanuni haqlarını 44 günlük Vətən Müharibəsində yerinə yetirməsi ilə nəticələndi. Vətən Müharibəsində Ermənistanı kapitulyasiyaya vadar edən Azərbaycan 30 il işğal altında olan torpaqlarını düşməndən təmizlədi və ərazi bütövlüyünü tam bərpa etdi. Qeyd olunmalıdır ki, bu tarixi zəfərlə Azərbaycan Ordusu, həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini də icra etmiş oldu. Bununla da, strateji səbir və məqsədyönlülük nümayiş etdirən Azərbaycan, onun lideri öncə diplomatiya, ardınca isə hərb meydanında Ermənistanı sarsıdıcı məğlubiyyətlərə uğratdı. Zəfərinin ardınca, rəsmi Bakı bu dəfə də diplomatiya sahəsində aktivlik göstərərək bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsün uğuru 2022-ci ilin oktyabr ayında Praqada “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasının rəsmən bəyan etməsi ilə nəticələndi. Və nəhayət, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində Azərbaycan dövlət suverenliyinin tam bərpa etdi, separatçılığa, “boz zonaya” son qoydu. Bütün dünya, o cümlədən dünyanın əsas güc mərkəzləri və Ermənistan Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etdi. Öz ərazi bütövlüyünü həm hərb, həm diplomatik fəaliyyətlə bərpa edən rəsmi Bakı bütün ərazi münaqişələrindən əziyyət çəkən ölkələr üçün də öz unikal formulu ilə nümunə oldu. Azərbaycan sübut etdi ki, “dondurulmuş münaqişə” və “status-kvo” əbədiyyətə qədər qala bilməz və uğurlu strategiya, xalq-dövlət birliyi, müdrik Ali Baş Komandanla çətin tapşırığın öhdəsindən gəlmək mümkündür. Bu mənada 2003-2024-cü illər üzrə Azərbaycan öz xarici siyasətinin əsas hədəfinə - ərazi bütövlüyünü bərpa etməyə və işğalçı dövləti cəzalandırmağa, ədalətin təntənəsinə nail oldu.

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later