Səfərbərlik təminat bazasının döyüş hazırlığı yoxlanılıb Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub. Əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib. Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb. Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. ____ Проверена боеготовность базы мобилизационного обеспечения Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов и руководящий состав министерства посетили базу мобилизационного обеспечения Сухопутных войск. Сначала руководство Министерства возложило цветы к бюсту общенационального лидера Гейдара Алиева, воздвигнутому на территории базы, почтив его светлую память. Министр обороны осмотрел артиллерийские средства, боевую и автомобильную технику, находящиеся на вооружении базы, поинтересовался их техническим состоянием и проверил уровень готовности расчетов. Были даны соответствующие указания по своевременному техническому обслуживанию находящихся в арсенале вооружения и боевой техники с соблюдением мер безопасности. Высоко оценив боевую готовность личного состава, генерал-полковник Закир Гасанов поставил перед соответствующими должностными лицами конкретные задачи, связанные с повышением эффективности сборов, проводимых с военнообязанными запаса по различной специализации, полевых выходов и занятий по боевой подготовке в новом учебном периоде. ____ The combat readiness of the mobilization support base was inspected The Minister of Defense of the Republic of Azerbaijan, Colonel General Zakir Hasanov, and the leadership of the Ministry visited the mobilization support base of the Land Forces. First, the leadership of the Ministry laid flowers in front of the bust of the national leader Heydar Aliyev, which was erected in the territory of the support base, and paid tribute to his memory. The Minister of Defense inspected the base's artillery, combat and vehicle equipment, inquired about their technical state and inspected readiness level of personnel. Relevant instructions were given regarding the timely maintenance of weapons and military equipment in compliance with safety regulations. Colonel General highly appreciated the level of combat training of military personnel and set specific tasks for the relevant officials regarding increasing the efficiency of the sessions, field and combat training exercises held with the reserve military officers in various specialties during the new training period.
Hide player controls
Hide resume playing