Myvideo

Guest

Login

Soi grnn gizlin mesajlar - BAKU TV

Uploaded By: Myvideo
6 views
0
0 votes
0

Soçi görüşünün gizlin mesajları - BAKU TV Aktual xəbərlərimiz Soçidə keçirilən üçtərəfli görüşdə bir sıra maraqlı anlar yaşandı. Məsələn, görüşə hazırlıqsız gələn Paşinyanın yağışdan qorunmaq üçün məhz Putinin çətiri altına sığınması diqqətdən yayınmadı. Çünki bu mənzərə, əslində, Rusiyanın Ermənistanı öz çətiri altına aldığının nümayişi idi. İlham Əliyev isə özünün göy rəngli çətiri ilə yağışdan qorunurdu. Bu isə sözün əsl mənasında, Azərbaycanın müstəqil siyasət yürütdüyünün mesajı idi. Ölkə başçısının məhz göy çətirdən istifadə etməsi də sıradan deyildi. Prezidentin türkçülüyü ifadə edən rəngə üstünlük verməsi mövqeyimizi bir daha nümayiş etdirirdi. Soçidə diqqət çəkən məqamlardan biri də təkbətək görüşlərin intervalı idi. Belə ki, Putinin Paşinyanla baş tutan təkbətək görüşünün tez-bazar, İlham Əliyevlə isə daha uzun və dolğun keçməsi həm də üstünlüyün və diqtənin hansı tərəfdə olduğundan xəbər verirdi. Çünki Paşinyanla müzakirə ediləcək hər hansı bir xüsusi məsələ yox idi. Nikol sadəcə şərtlərə əməl edir, onun diqtə etmək üçün nə gücü, nə də diplomatik nüfuzu var. Əslində, Paşinyanın çıxışını kağızdan oxuması da elə sabit fikirlərinin olmamasına görə idi. O, sadəcə ona diqtə edilən, daha dəqiq desək, əvvəlcədən öyrədilən istiqamətdə fikirlərini izah etməyə çalışır, bununla da növbəti dəfə gülməli vəziyyətə düşüb, özünü rüsvay edirdi. Görüşdə ən yaddaqalan məqamlardan biri Prezident İlham Əliyevin Qarabağla bağlı son nöqtəni qoyması oldu. Ölkə başçısı münaqişənin artıq tarixə qovuşduğunu, bu barədə heç bir müzakirə aparılmayacağını birmənalı bildirdi. Bu, Azərbaycanın qətiyyətli və dəyişməz mövqeyinin növbəti bariz nümunəsi idi. Bu məqamda 2019-cu ildə “Valday” Diskussiya Klubunun iclasında Paşin¬yanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsinə cavab olaraq Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi!” fikrini xatırlatmaq yerinə düşər. Yəni Paşinyan harada nida, harada isə nöqtə qoyulmalı olduğunu öyrənmiş oldu. Çünki nöqtəni də, nida kimi qoymaq lazımdır ki, üç nöqtəyə çevrilməsin. Əslində, Putinin nəticəni əvvəlcədən bilməsi məlum idi. Çünki Rusiya lideri Paşinyanla daha bədbin və həvəsiz, İlham Əliyevlə isə daha nikbin və ümidli görünürdü. Əbəs deyil ki, Prezident də özünü daha inamlı və arxayın aparırdı. Görüşün Azərbaycanın iradəsi çərçivəsində keçirilməsi Putinin nitqində də öz əksini tapdı. Son baş verənlərə nəzər saldıqda hansı məsələlərin, nə üçün ixtisara salındığı açıq-aydın məlum olur. Bu, Azərbaycanın prinsipial mövqeyini və proseslərin rəsmi Bakının iradəsi çərçivəsində inkişaf etdiyini bir daha təsdiqlədi. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Soçi görüşünün gizlin mesajları © 2022 © All Rights Reserved ℗ Baku TV #soci #ucterefligorus #gizlinmesajlar

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later