Söz : Samir Allahverdiyev Musiqi : Samir Allahverdiyev Arranger : Şükran Abdullayev Gitara : Məhəmməd Mustafayev Mix/master : Hüseyn Vəlizadə Kilip : Ramil Kamal Aşiqi məhv edən həsrət idi Bizə yazılan sadəcə qismət idi Sənli hər günüm mənə cənnət idi sənsiz hər günümdü cəhənnəm mənə Bu eşq nə verdi heç bilmirəm mənə Sevinc sənə qismət oldu qəm mənə Göz yaşı tökdükcə ölərmiş balıq Mənidə zamansız öldürdü tənhalıq Qapımızı tez döyən vaxtsız ayrılıq Həm sənə ağırdı gülüm həm mənə Bu eşq nə verdi heç bilmirəm mənə Sevinc sənə qismət oldu qəm mənə Dərd çəkən aşiqlər ilə mən birəm Bəlkə ən böyük eşqə son təsvirəm Qəmli bəstəkaram qəmli şairəm Tanrı bəxş edib belə aləm mənə Bu eşq nə verdi heç bilmirəm mənə Sevinc sənə qismət oldu qəm mənə #samirallahverdiyev #vaxtsizayriliq #yenimahni2024 #meyxane2024
Hide player controls
Hide resume playing