Myvideo

Guest

Login

Prezident v birinci xanm Uaq-Gnclr nkiaf Mrkzind yaradlan raitl tan olub - BAKU TV

Uploaded By: Myvideo
3 views
0
0 votes
0

Prezident və birinci xanım Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub - BAKU TV Sosial şəbəkələrimiz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olub. Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq. Prezident və birinci xanım Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub © 2022 © All Rights Reserved ℗ Baku TV #ilhamaliyev #mehribanaliyeva #usaqgenclerinkisafmerkezi

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later