Nə gözəlmiş məni sənə yaxın edən uzaqlar... Söz: Günel Balakişi Səs: Aytac Vəlibəyli Bilsəydim, çoxdan gedərdim..... Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar. Deyirdin, qiymətli olur... Ara-sıra, qəfil gəlib, qəfil gedən qonaqlar. Sözünü yerə salmadım, Səssiz olur, əziz olur, sözə baxan uşaqlar. Mən də getdim, elə getdim... Barmağımın uclarında hələ də küt ağrı var. Səs etmədən, Ayrılıqdan söz etmədən, gurultusuz... Qırıb-töküb yox etmədən. Nəyim varki, o komada mənim səndən başqa, onsuz..... Uşaqlardan söz açmışkən, Sən mənimlə çox oynadın. Gah oynadın, gah da atdın Daha sənlə oynamıram. Oyun bitib, mən getmişəm. Mən gedəndə yuxudaydın, Oyatmadım..... Oyananda ağlamısan, Oyuncağı axtarmısan. Sinəmdədir... gizləmişəm. Mən hamıdan, mən hər şeydən gizlənmişəm. Bilsəm,elə ən birinci, Elə səndən gizlənərdim. Bilsəydim,çoxdan gedərdim. Ən azından bilərdim ki, Məni gəzən, mənim üçün qəribsəyən uşaq var. Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar, Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!!!
Hide player controls
Hide resume playing