Kremlə hücumun arxasında kim dayanır? Kremlə hücum, nəninki Rusiyada, bütün dünyada təşvişə səbəb olub. Hərçənd ki, Federasiya dövlətin qəlbinə hücumu Ukrayna tərəfindən Putinə sui-qəsd kimi qiymətləndirsə də, Zelenski zərbənin arxasında rəsmi Kiyevin olmadığını açıqlayıb. Lakin Moskva adekvat cavab vermək hüququna malik olduğunu bəyan etməyi də unutmayıb. Bu isə qarşdırmanın daha geniş areala daşınacağını istisna etmir. Digər tərəfdən, hücumla bağlı səsləndirilən iddilardan biri də hadisənin məhz ölkə daxilindən hazırlanması ilə bağlıdır. Xüsusən də Amerika Birləşmiş Ştatları bu hücumun Rusiya tərəfindən müharibəni daxili auditoriyaya çatdırmaq və Kiyevə daha sarsıdıcı zərbə üçün zəmin yaratmaq məqsədilə təşkil edildiyini bildirir. Həmçinin hadisənin daxili qarşıdurma olması ilə bağlı səslən ehtimallar da var ki, bu isə Rusiyanın çətin durumda olmasından xəbər verir. İstənilən halda, Kremlə edilən hücum müharibənin şiddətinin artmasından xəbər verir. Çünki dövlət başçısına sui-qəsd dövlətlərarası əlaqələrdə ən son “qırmızı xətt” hesab olunur. Rusiya isə bu hadisəyə adekvat cavab vermək imkanını əlində saxlayır ki, bu da Üçüncü Dünya müharibəsi ehtimalını körükləyir. ***** ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC Kremlə hücumun arxasında kim dayanır? *****
Hide player controls
Hide resume playing