Uşaqkən danlıyıb öyüd verərdi Hansısa bir dərdim, xətam olsaydı Nəbilim bəlkə də səhv eləməzdim Bu dəqiqə həyatda Atam olsaydı Bir gün Atam kimi mən də gedəcəm Bu dünya əzəldən ölüm, itimdi Bir insan nə qədər qocalsa belə Atası yoxdursa demək yetimdi Kaş ki, Atam yenə sağlam olardı O insan arzumda, diləyimdəydi Dünyanın ən güclü insanı idim Atamın əlləri kürəyimdəydi Nə qədər dost ola, tanışlar ola Ata ilə heç zaman sıxılmazdım mən Büdrəsəm dadıma çatan da olmaz Atam sağ olsaydı yıxılmazdım mən müəllif: Samir Cəbrayıllı Diqqət
Hide player controls
Hide resume playing