Azərbaycan ordusu son həmləsi ilə düşmənin düz gözündən vurdu, nəfəsini kəsdi, Qarabağa sızan yollarını bağladı. Artıq Xankəndi istiqamətində mümkün torpaq yollara Azərbaycan ordusu nəzarət edir. Və ola biləcək hər hansı təhlükələrə qarşı ərazidə zəruri işlər görülür. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ermənilərin rus sülhməramlıları ilə birgə qaranlıq işləri üçün xüsusi bölgəyə çevrilmişdi. Qarabağa, Xankəndiyə minalar, silah-sursat daşınırdı. Azərbaycan Ordusu elə ilk bu yola nəzarəti təmin etməklə ermənilərin Qarabağa qanunsuz sızmasına son qoydu. Ermənistanın proseslərə nə müdaxilə etmək imkanı, nə də hüququ var. Rusiyanın reaksiyası tam bəlli deyil, hələ ki, susmağa üstünlük verib. Amma qarşıdakı günlərdə necə olacaq? Kreml hansı mövqe sərgiləyəcək? *#azərbaycan #bakı #ermənistan #qarabağ #xankəndi #qarabağerməniləri #laçın #laçınyolu #rusiya #sülhməramlılar ** #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news
Hide player controls
Hide resume playing