Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər. Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib. Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır. ____ С подразделениями ПВО проведены тактико-специальные учения В соответствии с планом подготовки на текущий год, с подразделениями ПВО проведены тактико-специальные учения. В ходе учений боевые расчеты дивизионов зенитно-ракетных комплексов С-300 «Фаворит», приведя технику в боевую готовность, совершили марш в позиционные районы, и выполнили задачи по передислокации на стартовые позиции, подготовке местности и маскировке. В ходе учений были успешно выполнены задачи по противовоздушной обороне важных объектов и отражению ракетных ударов условного противника. Основной целью учений является повышение теоретических знаний и практических навыков военнослужащих, а также поддержание высокого уровня боеспособности подразделений ПВО.
Hide player controls
Hide resume playing