18 Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə “tərbiyəçi” müəllimlərlə “tərbiyə olunan” şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən yeganə çıxış yolunu tapır - özünü pəncərədən ataraq məhv olur. Film İsi Məlikzadənin “Dolaşaların Novruz bayramı” povestinin motivləri əsasında çəkilib. Rejissorlar: Həsən Əbluc, Ənvər Əbluc Ssenari müəllifi: İsi Məlikzadə Operator: Elxan Əliyev Rəssam: Rafiq Nəsirov Bəstəkar: Mobil Babayev Rollarda: İlham Babayev (Əhsən), Valeh Kərimov (Əhsənin atası), Yaşar Nuri (Nəsib), Ənvər Əbluc (direktor), Ruslan Nəsirov (Köçəri), Simuzər Ağakişiyeva (Nərminə), Elxan Bayramov (Savalan), Abbasqulu Əbluc (Vasif), Zemfira Əliyeva (Sultannisə) İstehsalçı: Azərbaycanfilm Janr: psixoloji dram, sosial dram
Hide player controls
Hide resume playing