Böyük 20-lər bu həftə İndoneziyada toplandı. Nəhənglər əsasən pandemiyadan sonra iqtisadiyyatların bərpasını, eləcə dəRusiyanın Ukraynaya qarşı hücumları və bunun yaratdığı nəticələri müzakirə etmək fikrində idisə, sammit keçirildiyi gün Ukrayna-Polşa sərhədində yaşanan şok hadisə gündəmi bir anda daha da gərginləşdirdi. NATO üzvü olan Polşaya atılan raket 3-cü dünya müharibəsinin başlayacağı qorxusu da yaratdı. Bu hadisənin Rusiya Prezidentinin sammitə qatılmaması fonunda baş verməsi də bir başqa önəmıi detaldır. Sammitdə xarici işlər naziri Sergey Lavrov isə rəsmi Moskvanı siyasi açıqlamalarla yox, qəribə davranışları ilə təmsil etdi. Digər diqqət çəkən məqam: iki böyük rəqib-ABŞ və Çin liderləri Co Bayden və Si Cinpin dövlət başçısı səviyyəsində ilk dəfə məhz Balidə bir araya gəldi. Türkiyə Prezidenti Ərdoğanın ABŞ və Fransalı həmkarları ilə danışıqları da gözlənilən əsas görüşlərdən idi.#G-20 #böyük20-lər #rusiya #ukrayna #polşa #abş #çin #bayden #makron #ərdoğan #putin #lavrov Telegram: #ictimaitv #video #televiziya #baku #videolar #itv
Hide player controls
Hide resume playing