Əvvəl Qafanda konsulluq açdılar, indi də qədim Azərbaycan şəhəri olan İrəvanla ən çox azərbaycanlının yaşadığı Tehranı qardaşlaşdırdılar. Bu da son deyil. Həftə ərzində Paşinyanın həyat yoldaşı da İranda idi. İran üçün müqəddəs sayılan Qum şəhərindəki məscidə və Fatimə Məsumənin məqbərəsinə günahlara batmış Anna Akopyanın ayağı dəydi. O Anna ki, 2018-ci ildə oğlunu Qarabağa əsgər göndərmiş, özü isə 2020-ci ilin sentyabrında Qarabağda hərbi təlimlərə qatılmışdı. İran bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini deyir, digər tərəfdən, Ermənistanla qucaqlaşır. Keçdiyimiz günlərdə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf öz ölkəsində jurnalistlərə birmənalı qarşılanmayan açıqlamasında bildirmişdi ki, son vaxtlar Azərbaycanla münasibətlərdə meydana çıxan bəzi anlaşılmazlıqlar aradan qaldırıldı. İranın Ermənistana raket hədiyyə etməsi, Qarabağa terrorçu dəstə göndərməyi, Azərbaycanla sərhəddə hərbi təlim keçirməyi, Qafanda İran konsulluğu açması qalmaqala səbəb olmuşdu. Cənab Qalibaf isə bunlardan hansının həll olunduğunu açıqlamadı. #azərbaycan #iran #bakı #tehran #təbriz #cənubiazərbaycan #güneyazərbaycan #sepah #araz #ictimaitv #video #televiziya #baku #videolar #itv
Hide player controls
Hide resume playing