Qısametrajlı sənədli televiziya filmi rejissor Tofiq Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. “Bu mənim şəhərimdir“. Film aparıcının bu sözləri ilə başlanır. Sonra tamaşaçılar Bakının görməli yerlərinə seyrə çıxır, qoruq muzeyi olan Bakı qalası-İçəri şəhəri gəzir, qədim Şirvanşahlar sarayı ilə tanış olur, xarici səyyahların İçəri şəhər haqqında təssüratlarını dinləyirlər. Filmdə “Qaya“ vokal kvartetinin ifasında müxtəlif mahnılar səslənir. Filmin üzərində işləyənlər: Ssenari müəllifi: Tofiq Mirzəyev Rejissor: Tofiq Mirzəyev Operator: Faiq Aslanbəyov
Hide player controls
Hide resume playing