Myvideo

Guest

Login

Antiterror mliyyat il bal yeni faktlar | Anar Eyvazov ilk df aqlad

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Antiterror əməliyyatı ilə bağlı yeni faktlar | Anar Eyvazov ilk dəfə açıqladı Qarabağda keçirilən antiterror əməliyyatının indiyə qədər məlum olmayan bir sıra detalları açıqlanıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov “Azərbaycan Ordusu” qəzetinə danışıb. Onun sözlərinə görə, əməliyyat zamanı 310 separatçı məhv edilib, 614 düşmən isə yaralanıb. Cəmi bir gün ərzində isə 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilib. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürülüb. Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib. Müdafiə Nazirliyinin İdarə rəisi bildirib ki, Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefi də nəzərə alınaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra edib. “Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib”, – deyə Anar Eyvazov qeyd edib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Antiterror əməliyyatı ilə bağlı yeni faktlar | Anar Eyvazov ilk dəfə açıqladı 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #anareyvazov #mn #silah #qarabağmüharibəsi #vətənmüharibəsi #fakt #qarabağ #milliordu

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later