Bağman Salmanov ANALAR / Müəllif: Hüseyn Arif (1924 – 1992) #huseynarif #seirler #şeirler Analar Elə ki, balalar gəlir dünyaya, O gündən hey ölçüb, biçir analar. Mahnı da oxuyur, şeir də deyir Bəstəkar analar, şair analar. *** Dözür hər əzaba o bilə-bilə, Yaşayır, sirrini salmadan dilə. Vaxt olur, qaldırıb ağını belə Şərbət əvəzinə içir analar. *** Unudub illərin yorğunluğunu, Həyatda dincliyi, evdə yuxunu, Sevincin azını, qəmin çoxunu, Yükün ağırını seçir analar. *** Alnında zamanın açdığı qırış, Başına qar tökür, qar ələyir qış. Odun istisindən aralanmamış
Hide player controls
Hide resume playing