Film Səməd Vurğunun “Komsomol poeması“nın təsiri altında yaradılmış, burada Azərbaycan gənclərinin həyatı öz əksini tapmışdır. Filmin əvvəlində qısa planlarda idmançıların çıxışları göstərilir. Sonra ekranda əməklə bağlı səhnələr-mədənlər, “qara qızıl“ çıxaran gənclər, “ağ qızıl“ ustaları, məşhur pambıqçı Manya Kərimova təsvir olunur, gənclərin sevimli şairi Səməd Vurğun “Komsomol poeması“ndan parçalar oxuyur (sinxron). Gənclik mahnıları, marşlar səslənir. Oçerk ordu sıralarına yenicə çağırılmış gənc əsgərlərin rəsmi keçidi ilə bitir.
Hide player controls
Hide resume playing