Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film. Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir. Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır. Rollarda: Ənvər Həsənov — Murad[10] Səyavuş Şəfiyev — Rüstəm Ətayə Əliyeva — Mənsurə Törəxanım Zeynalova — nənə Ələkbər Seyfi — İsmayıl Xosrov Abdullayev — Məcnun Tofiq Mirzəyev — Rüfət Megi Kejeradze — Elya Qorxmaz Atakişiyev — Zaur Məmmədsadıq Nuriyev — Davud İnsaf Məmmədova — Sevda Yusif Vəliyev — böyük iş icraçısı Rafiq Tağıyev — sürücü Məlik Dadaşov — Nağıyev Muxtar Maniyev — Tahir Hökümə Qasımova — Davudun arvadı V.Şeyman Səməndər Rzayev — milis işçisi Əbdül Mahmudov — milis işçisi şiyev A.Məmmədov Dadaş Kazımov — çəkməçi Əhməd Yusif Yulduz — kombinat işçisi Nadir Əsgərov — məhəllə sakini Rafiq Əzimov — fəhlə
Hide player controls
Hide resume playing