⚡️Budur, süstlüyümüz öz nəticəsini göstərdi. Təxminən milyard yarımlıq müsəlman dünyası boynuna düşən vəzifəni yerinə yetirmədiyinə görə, Allah körpələrdən ibarət qoşununu meydana saldı. Bizim 70 ilə görmədiyimiz işi, onlar cəmi bir həftəyə gördülər. Məsum körpələr pak qanları ilə İsraili bütün dünyada lazımınca tanıtdı və artıq dünya xalqları bu rejimin əsl üzünü görməkdədir. Baş verən hadisələrdən bir gün əvvəl bizə deyilsəydi ki, Allah körpələrin vasitəsilə böyüklərin görmədiyi işləri görə və bütün dünyanın gedişatını dəyişə bilər, istehza etməsək də, ən yaxşı halda buna şübhə edərdik. Bugün Qəzza körpələrinin qanı bahasına dünya xalqlarının vicdanını silkələyən Allah, 1300 il əvvəl 6 aylıq Əliəsğərin qanı ilə bəşəriyyəti titrədən həmən Allahdır. Kərbəla hadisəsi zamanı insanlar laqeydlik göstərərək imamı müdafiə etmədiklərinə görə, Allah körpə Əliəsğərin qanı ilə Yezidi indiki nəsillərə qədər hər kəsə tanıtdırdı.
Hide player controls
Hide resume playing