Myvideo

Guest

Login

Atn mni uzaqlara - Aysel Novruz

Uploaded By: Myvideo
15 views
0
0 votes
0

Atın məni uzaqlara Aparın, atın məni meşələrə, çaylara, Torpaqlara qum səpin, Külək sovsun, aparsın, Yerdə izim qalmasın. Qalmasın qəbrimin qara daşlı ünvanı. Basmasın o daşları qaratikan kolları. Aparın, atın məni insan olmayan yerə. Qoy, qəbirdə rahatca baxa bilim mən göyə… Atın lap uzaqlara, Ünvanım bilinməsin. Ağlamağa üstümə, İslatmağa bu günahsız qəbrimi ana, bacı gəlməsin. İstəmirəm görüm mən, əlacsız saçın yolub, gözlərinə yaş qonub qəm dolu könüllərin günahkarı olum mən. Aparın, atın məni göz, könüldən uzağa. İstəmirəm, üstümə gül-çiçəklər qoymayın, Onsuz bezmiş qəbrimi «güllərin solur» – deyə Qorxutmayın… Atın!.. Atın uzaqlara, Mən heç nə istəmirəm, Baş daşı istəmirəm, Göz yaşı istəmirəm, Bircə qəlb bağçanızda Saldığınız yerimi, Qazdığınız qəbrimi heç vaxt silib atmayın. Ötən xatirələri verməyin ayaqlara, Aparın, atın məni Sizdən uzaq, Məndən uzaq, Göyə yaxın uzaqlara… Aysel Novruz

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later