Powered by Restream Hakimiyyətinə, iqtidarına sahib çıxmayan millətə başqaları sahib çıxır. Ə. Elçibəy bu millətə azadlıq, qardaşlıq, səmimiyyət duyğularını daddırdı. Biz onun qədrini bilmədik. Bakıdan qovduq. Soruşduq ki, niyə qaçdı? Kəndinə yola saldıq. Dedik ki, qaçdı. Silah gücünə yıxdıq. İttiham etdik ki, niyə uduzdu, niyə yıxldı, niyə qaçdı? Heydər Əliyevlə birləşib ona qarşı çıxdıq. Dedik: hakimiyyəti niyə Heydərə verdi? Dəstək vermədik, kömək etmədik, əleyhinə hər cür hədyan danışdıq, təhqir etdik, alçaltdıq. Dedik: ondan prezident çıxmaz: o humanistdir, ürəyi yumşaqdır, tərbiyəlidir, insaflıdır, rüşvət almır, baş kəsən deyil. Bizə belə adam prezudent olmamalıdır. İstədik, arzuladıq və ALLAH(c.c) istədiyimizi bizə nəsib etdi-heydərizm.
Hide player controls
Hide resume playing