Filmdə kənddən Bakıya gəlib neft mədənlərində işləyən fəhlə Bayramın bolşeviklərin təsiri altında inqilabçıya çevrilməsindən danışılır. Çar Rusiyası dövründə fəhlələrin ağır vəziyyətindən, dövrün fəhlələrinin çətin həyatından bəhs olunur, oliqarxların zalımlığı, bir səhnədə isə milli ayrı-seçkilik tənqid olunur. Filmdə 26 Bakı komissarlarından biri Məşədi Əzizbəyovun həyatının bir hissəsi canlandırılıb. Film Mehdi Hüseynin “Səhər” romanının motivləri əsasında çəkilib. Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: Mehdi Hüseyn Operator: Dmitri Feldman Rəssam: Məmməd Hüseynov Bəstəkar: Fikrət Əmirov Rollarda: Nodar Şaşıqoğlu (Əzizbəyov), Giuli Çoxonelidze (Bayram), Nikolay Barmin (Smirnov), Lütfi Məmmədbəyov (Aslan), Əşrəf Yusifzadə (Pirəli), Ələsgər Ələkbərov (Rəhim bəy), M.Hüseynov (Rəşid) İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: Janr: tarixi, dram
Hide player controls
Hide resume playing