UNUTMAQ İSTƏRƏM - Bəxtiyar Vahabzadə #bextiyarvahabzade Unutmaq istərəm!.. Özüm özümdən, Bir daha ayrılıb haçalanmayım. Gecələr yatıram bir fikirlə mən: Səni düşünməyim, səni anmayım!.. Bu elə qayğı ki, bu elə qəm ki, Azdırar yüz illik yolundan səni. Səhər də, axşam da düşünürəm ki, Gərək düşünməyim heç zaman səni. Unudar fikirdə, xəyalda təkcə Unutmaz ürəkdə sevən-sevəni. Mən özüm-özümə unut dedikcə, Özümü unudub tapıram səni... Unudum - deyirəm, ancaq nə fayda!.. Yadımdan çıxmamış düşürsən yada. Eşqimin odu
Hide player controls
Hide resume playing